Sizin link burada

55 yaşlı kişi ağacdan yıxılaraq xəsarət aldı - Tovuzda

Meyvə yığmaq istəyən Tovuz sakini ağacdan yıxılaraq xəsarət alıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə,  rayonun Yuxarı Öysüzlü kənd sakini 1962-ci il təvəllüdlü Səmədov Aslan Abdulləli oğlu həyətində olan ağacdan gilas yığarkən yerə düşüb. Bədən xəsarətləri alan A. Səmədov Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin kafi olduğu bildirilir.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>