Çıxılmaz vəziyyətdə qalan ailə xilas edildi

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şirvan şəhərində mənzildə bir ailənin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 4 nəfərə müvafiq köməklik göstərib. Əməliyyat saat 16:03-də başa çatıb.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>