Sizin link burada

Bu gündən Bakı böyük G-SHOCK-da!

VMF Şirkəti  Bakıda G-SHOCK Casio Butikini açıq elan etdi!

 

Bu gün, İyun ayının 18-i VMF şirkəti Azərbaycanda ilk dəfə olaraq dünyaca məşhur Casio saatlarının G-SHOCK butikinin böyük açılışını etdi!

 

Açılışda məşhur simalar, saat həvəskarları və gənclər iştirak edərək “Öz güclərini göstərdilər”. Saatların dözümlülüyünü əyani nümayiş etdirmək üçün suya, ağırlığa, zərbəyə və temperatura davamlılıqla bağlı müxtəlif testlər keçirildi.  Müsabiqələrdə qalib gələn iştirakçılara Casio saatları hədiyyə edildi.

 

Casio G-Shock saatları Yaponiya istehsalıdır. Bu qol saatları zərbəyə, suya, toza, palçığa, istiyə, soyuğa maksimum dözümlüdür. Qırılmaq və xarab olmaq kimi probleminin olmaması ilə dünyanın bütün digər saat brendlərindən fərqlənir. Hər büdcəyə uyğun saatlar qlobal səviyyədə çox dəbli və məşhurdur.

Rihanna, Selena Qomez, Pharrel, Eminem və hətta Dmitri Medvedyev kimi məşhurlar da G-Shock istifadəçiləridir.

Bununla yanaşı G-SHOCK-lar barometr, termometr, altimetr, kompas, gün, tarix, il, zəngli saat kimi bir çox funksiyaları ilə saat dünyasında özünə rəqib tanımır. New York, Paris, Berlin, Tokio, Seul kimi şəhərlərin gəncləri artıq çoxdan

G-SHOCK həvəskarıdır.

G-SHOCK sevən,  idmanı həyat tərzinə çevirmiş son dəbli, müasir və aktiv gənclərin sayı artıq Bakıda da hər gün artmaqdadır. Artıq Ən dəbli orijinal Casio saatlarını VMF salon və butiklərindən münasib qiymətlərə əldə etmək mümkündür.

 

Xatırladaq ki,  VMF şirkəti 1997-ci ildən ən məhşur İsveçrə və Yaponiya saat brendlərinin Azərbaycanda rəsmi və ekskluziv distributorudur. 

 

Özünüzə G-SHOCK yaşadın!

G-SHOCK Butikin ünvanı: 28 May Küçəsi 34a, 23 nömrəli məktəbin yaxınlığı.

 

Əlaqə nömrəsi: 050 257 80 28

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>