Diaqnostika Mərkəzinin yaxınlığında 2 avtomobil toqquşub

Cəlilabadda iki avtomobil toqquşub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt –Astara yolunda Cəlilabad Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

 

“VAZ-2106” markalı minik avtomobili ilə  ”Mercedes “markalı minik avtomobili  toqquşub. Nəticədə “VAZ-2106”-nın  sərnişini,  Cəlilabadın Muğanlı kənd sakini 1995-ci il təvəllüdlü Əmənov Elmar Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Əmənovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Fakt bağlı araşdırma aparılır. 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>