Bakıda maşın almaq istəyən 21 yaşlı oğlanı aldatdılar

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, Yasamal rayon sakini, 1996-cı il təvəllüdlü Pirəliyev Tural Hikmət oğlu polisə müraciət edərək bildirib ki, mayın 11-də tanışı Məmməd adlı şəxsə maşın almaq üçün 1750 manat pul verib. Onlar X.Məmmədov küçəsi 4 ünvanının qarşısında görüşüblər və Tural pulu Məmmədə verib. Lakin Məmməd vədinə əməl etməyib.

 

21 yaşlı oğlan verdiyi pulun geri alınmasında polisdən kömək istəyib.

 

Araşdırma aparılır.

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>