Sizin link burada

2500 manat verdi, işə düzələ bilmədi

Abşeron sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Həbibov Cavid Təhməz oğlu şikayət ərizəsində bildirib ki, 2016-cı ilin dekabrında Qara Qarayev prospektində Ruslan adlı tanışına 2500 manat verib. Həmin şəxs pulun qarşılığında onu işə düzlədəcəyinə söz verib. Lakin üstündən 6 ay keçməsinə baxmayaraq Ruslan vədinə əməl etməyib, üstəlik pulları da qaytarmayıb.

 

Müraciət əsasında araşdırma aparılır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>