Sizin link burada

Elza: "...alt paltarı geyinmirlər, ..ehtiraslı öpüşə həsrətdilər"

 

Əməkdar artist Elza Seyidcahan yazdığı şeirləri lağa qoyan insanlara səslənib.

 

Lent.az yenicag.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə şeirlərini paylaşan istifadəçilərin onun barəsində söylədiklərinin vecinə olmadığını bildirib:

 

“Mən sərbəst vəzndə yazıram. İnsanlar sərbəst seçim edə bilər. Burda oğrunun da, doğrunun da, əxlaqsızın da, abırlının da payı var. Mənim şeirlərim satirik şeirlərdir. Kim nə istəyir, danışsın. Şeirlərimin başına ip keçirtməsinlər. Ordakı mənanı istədikləri kimi yoza bilərlər. Rihanna və o biri biabırçı ulduzların gözəllikləri də yoxdur, bütün günü narkotik istifadə edir, əyinlərinə alt paltarı da geyinmirlər. Amma oturub-durub onları bizə misal çəkirlər. Gül kimi müğənnilərimizi heç misal çəkən yoxdur. Öpüşməkdən danışıram lağ edirlər. Mən Vətənimlə, anamla, xalqımla öpüşürəm. Bir var ehtiraslı öpüş, bir də var ruhani öpüş. Ehtiraslı öpüş də gözəldir, amma sevdiyinlə… Adam var, ailəsində ehtiraslı öpüşə həsrət qalıb, ona görə də şeirlərimdə özünü görür. Kimdə nə yoxdusa, onu mənim şeirlərimdə axtarıb tapırlar”.

 

Seyidcahan mətbuatda ən çox müzakirə olunan şəxs olduğunu da deyib:

 

“Mən bəstəkaram, müğənniyəm, şairəyəm, fotomodeləm, gözəl, qüsursuz xanım, ana, nənə, aktrisayam… məziyyətlərimi sayıb-qurtara bilmərəm. Bu il ən çox mətbuatda haqqında yazılan və müzakirə olunan adam mən olmuşam. Bəlkə elə mən də öləndən sonra dahi olacam, bəlkə elə dahiyəm, bu qədər mənə hücumlar var. Cabir Novruz demişkən, sağlığında qiymət verin insanlara”.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>