Natavan Həbibi ilə evlənən tanınmış reper DANIŞDI - YENİLƏNİB

N.Həbibi ilə ailə quracaq reper Dado Lent.az-a açıqlama verib: "Bəli, ailə qururuq. Bu yalan xəbər, nə də klip çəkilişidir. Bilirəmki indi bizim ailə quracağımız xəbərinə də inanmayanlar da var. Sizi 100% əmin edə bilərəm ki, heç bir şey yalan deyil. Biz xoşbəxtik, ailə quracağıq. Allah bütün subaylara bu günü qismət eləsin".

 

*****

 

13:39

 

Tanınmış müğənni Natavan Həbibinin instaqramda paylaşdığı foto şou gündəmini zəbt edib. Belə ki, fotoda sənətçinin ailə quracağı şəxslə əl-ələ tutması, masada onların baş hərflərinin yazılması və Həbibiyə evlilik təklifi olunması müzakirə mövzusuna çevrilib.

 

Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Natavanın mediadan gizlətdiyi şəxs məşhur repçi Dado Əliyevdir. Bundan başqa, repçinin əsl adı Səiddir və fotodan göründüyü kimi stol üzərində onun rəsmi adının baş hərfi, yəni “S” qeyd olunub. 

 

Bundan əlavə, Dado da rəsmi instaqram səhifəsində sözügedən fotonu paylaşıb

 

Bu məqamda qeyd edək ki, cütlük mərhum repçi  Hüseyn Dəryanın xatirəsinə həsr olunmuş “Yat, dostum” adlı duet oxuyublar və birlikdə klipə çəkiliblər.

 

 

*****

 

10:16

 

Müğənni Natavan Həbibi ərə gedir. Lent.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl nişanlanan müğənni subaylığın daşını atır. Həbibi rəsmi instaqram səhifəsində foto paylaşıb. Şəkildə Natavanla nişanlısının əlləri əks olunub və müğənniyə evlilik təklifi olduğu qeyd olunub. Müğənni həmin təklifə müsbət cavab verib.

 

Natavanın tezliklə ailə quracağı istisna edilmir.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>