Sizin link burada

Cüdoçularımızdan Avropa çempionatında 10 medal

 Xorvatiyanın Zaqreb şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan idmançıları uğurla çıxış edirlər.

 

Millimiz aktivinə 3 qızıl, 5 gümüş və 2 bürünc medal yazdırıb.

 

Qadınların yarışında ölkəmizi təmsil edən Zülfiyyə Hüseynova F-4 63 kq kateqoriyasında bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

 

Kişilərin mübarizəsində Məmmədov Məmməd (M-1 73 kq) və Budaqov Vüqar (M-2 73 kq) qitə çempionu adını qazanıb.

 

Hacıyev Babək (M-3 60 kq), Bağırov Zaur (M-3 +100 kq), Cəfərov Mübariz (M-4 81 kq), Rəcəbli Fərhad (M-6 90 kq), Müslimzadə Məhəmməd (M-8 +100 kq) gümüş medala layiq görülüb.

 

Daha iki veteran cüdoçumuz - İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) Avropa çempionatında 3-cü yeri tutub.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>