Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var - YENİLƏNİB

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində törədilən güclü partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, ölənlərdən biri Fransa vətəndaşıdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Boqota meri Enrike Penyalosa bildirib. Daha 11 nəfər isə müxtəlif xəsarətlər alıb.

 

Ölənlərin hamısı 23-31 yaşlı qadınlardır.

 

 

*** 04.55

 

Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.  

 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış  “Centro Andino” ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.

 

Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib. 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>