BƏƏ-dən Qərbə Qətərə dair çağırış

“BƏƏ qərb ölkələrini terrorçuluğun dəstəklənməsinə son qoymaq üçün Qətərə nəzarət mexanizmi yaratmağa çağırıb”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə BƏƏ XİN rəhbəri Ənvər Qarqaş bildirib.  

 

“Qətərin dəyişilmək və dini radikalların maliyyələşdirilməsinə son qoymaq qərarı ilə bağlı dəqiq strateji siqnalların olacağı təqdirdə, bu bölgədə böhranın nizamlanmasına dair danışıqların başlanmasına əsas ola bilər”, - deyə nazir qeyd edib.   

 

“Biz onlara etibar etmirik. Etibar sıfır səviyyədədir, bizə monitorinq sistemi gərəkdir və bu prosesdə qərb dostlarımızın iştirakına ehtiyacımız var”, - deyə o qeyd edib.  

 

Xatırladaq ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

 

Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. 

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>