Putin: “Avropa ilə birlikdə olmağa hazırıq”

“Rusiya Avropa ilə birlikdə olmağa hazırdır. Bunu vaxtı ikən ötən gün vəfat etmiş Almaniyanın sabiq kansleri Helmut Kol da arzulamışdı”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin  deyib.  

 

“Kol deyirdi ki,  əgər biz güc qüvvələrinin daim böyüdüyü dəyişkən dünyada bəşəriyyətimizi qorumaq istəyiriksə, bu halda Avropa və Rusiya birlikdə olmalıdırlar”, - deyə Putin bildirib.  

 

“Biz buna hazırıq, bizim tərəfdaşlar da buna hazır olmalı, keçmişin fobiyalarından qurturmalıdırlar”, deyə Putin qeyd edib.  

 

Almaniyanın sabiq kansleri Helmut Kol iyunun 16-da 87 yaşında vəfat edib. 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>