Rusiya İŞİD-i bombaladı: 2 komandir və 180 silahlı məhv edildi

Rusiya aviasiyası Suriyanın Deyr az Zor şəhərinə hücum etməyi planlaşdıran İŞİD terror qruplaşmasının 2 komandirini və 180 silahlısını məhv edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. 

 

“Rusiya aviasiyasının İŞİD mövqelərinə qabaqlayıcı zərbələr endirməsi nəticəsində qruplaşmanın iki komandri Əbu Umar əl Beciki və Əbu Yasin əl Masri məhv edilib. Bundan başqa, zərbələr nəticəsində 180-dək İŞİD üzvü, 18 ədəd avtomobil və zirehli texnika, bir artilleriya qurğusu, dörd komanda məntəqəsi, silah-sursat anbarı məhv edilib”, - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.   

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>