"FİAT" və "KİA" toqquşdu, yaralananlar var

Ucarda  xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini  1994-cü il təvəllüdlü Emin Akif oğlu Qurbanovun idarə etdiyi "FİAT" markalı minik maşını ilə  İsa Dünyamalıyevin idarə etdiyi  "KİA" markalı maşın toqquşub. Nəticədə "FİAT" ın sürücüsü E Qurbanov və sərnişini İlqar Behbud oğlu Həsənov  müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib . Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.  

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>