Sizin link burada

Prezident İlham Əliyev Angela Merkelə başsağlığı verib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri xanım Angela Merkelə başsağlığı verib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir: “Hörmətli xanım Federal Kansler, Almaniya Federativ Respublikasının keçmiş Federal Kansleri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Helmut Kolun vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>