“Yuventus”dan fransalı futbolçuya təklif

PSJ-nin futbolçusu Blez Matuidi karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Yuventus” yaxından maraqlanır.

 

“Qoca sinyora” Matuidi ilə ötən yay da danışıq aparırdı. Lakin həmin vaxt bu transferi həyata keçirmək mümkün olmamışdı. Bu dəfə hadisələrin necə cərəyan edəcəyi isə maraqla gözlənilir.

 

Turinlilər PSJ-yə də rəsmi təkliflə müraciət ediblər.

 

Qeyd edək ki, 2010-cu ildən Fransa yığmasının da üzvü olan Matuidi PSJ-yə 2011-ci ildə “Sent-Etyen”dən keçib.

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>