Sizin link burada

Xalq artisti: "Buna görə tənqid olunuram" - FOTOLAR

“Çoxları məni qınayır ki, sən xalq artistisən, amma kimlə oldu duet oxuyursan”. Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti Gülyanaq Məmmədova Qazaxıstanda yaşamış azərbaycanlı müğənni Naili İmranın “Gizləyə-gizləyə” adlı mahnısının klip təqdimatında deyib. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimatda xalq artisti bildirib ki, hər zaman gənclərə dəstəkdir: “Nailinin çox gözəl səsi, ən əsası da tərbiyəsi var. Bu çox əsasdır. Mən hər adama dəstək olmuram. İstedadlı gənclərin hər zaman yanındayam. Buna görə zaman-zaman tənqid olunuram. Sənət dostlarım deyirlər ki, niyə dəstək olursan? Düşünürəm ki, dəstək vacibdir. İndi tənqid olmasa, inkişaf da olmaz. Bu gündən Naili İmran Azərbaycan şou-biznesində öz sözünü deməyə çalışacaq. Mən də hər zaman ona dəstək olacam. Hətta birgə layihə də edəcəyik. Hətta bacım Gülyaz, Naili və mən duet hazırlayacağıq. Niyə də yox? Qarşıda çox işlərimiz var”. 



Xalq artistinin sözlərinə N.İmran da biganə qalmayıb: “Gülyanaq xanım kimi sənətkardan dəstək görmək mənə çox qürurvericidir. Onun etimadını doğrultmağa çalışacam. Bu gün təqdim etdiyim mahnının sözləri Məlahət Kərimqızına, musiqisi İlkin Həsənə məxsusdur. Ekran işini isə rejissor Emil Babayev çəkib. Bəstənin aranjimanını Rübail Əzimov edib. Bu gün mənə dəstək olan prodüserim Tural Nəsirova və aparıcı Tahirə Məmmədqızına təşəkkürümü bildirirəm”.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>