Sizin link burada

Sabiq “Qəbələ”li özünə yeni komanda tapdı

“Qəbələ”nin sabiq futbolçusu Mixail Sivakov özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, belaruslu müdafiəçi “Amkar”la anlaşıb. Məlumatı Rusiya klubu rəsmi saytı vasitəsilə yayıb. 29 yaşlı futbolçu permlilərlə 2 illik müqaviləyə qol çəkib.

 

Qeyd edək ki, 2015-ci ildə “Qəbələ”nin formasını geyinmiş Mixail Sivakovun son klubu “Orenburq” olub.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>