Sizin link burada

“Neftçi” “Şalke” ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışı keçəcək “Neftçi”nin yoxlama görüşlərindəki rəqiblərindən biri müəyyənləşib. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” “Şalke” ilə üz-üzə gələcəklər.

 

Domeniko Tedeskonu baş məşqçi postuna gətirən Bundesliqa təmsilçisinin Avstriyaya yollanacağı təsdiqlənib. Gelzenkirhenlilərin yoxlama oyunlarındakı rəqibləri sırasında “Neftçi”nin də yer alacağı bildirilir.

 

“Şalke”nin Azərbaycan klubu ilə matçı iyulun 26-da Noykirhendə baş tutacaq. Bundan 4 gün sonra isə almanlar Mitterzildə “Eybar”la üz-üzə gələcəklər.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>