Sizin link burada

Havanadan Trampa cavab - yeni siyasət nəticə verməyəcək

ABŞ-ın Kubaya qarşı yeni siyasəti heç bir nəticə verməyəcək

 

APA-nın verdiyi xəbərə görə, bu barədə Kuba hökumətinin bəyanatında bildirilir.

 

“Blokadanın gücləndirilməsinə yönələn tədbirlər əvvəllər olduğu kimi heç bir nəticə verməyəcək, xalqımızın sınmaz iradəsini sarsıda bilməyəcək.  Kuba 70 il ərzində olduğu kimi, indidə istənilən təcavüzə qarşı müqavimət göstərməyə hazırdır”, bəyanatda deyilir. Sənəddə həmçinin vurğulanır ki, Kuba hökuməti qarşılıqlı maraq doğuran sahələrdə rəsmi Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Obama administrasiyasının Kuba ilə əlaqələrin normallaşdırılmasına dair qərarını ləğv edib. ABŞ prezidenti rəsmi Havananı Şimali Koreyaya silah tədarük etməkdə və Venesuelada vəziyyətin gərginləşdirilməsində ittiham edib.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>