Hərbi gəmi ilə yük gəmisi toqquşdu - 4 yaralı, 7 itkin - YENİLƏNİB-1

Yaponiya sahillərində ABŞ esminesi ilə Filippinə məxsus yük gəmisinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

 

Məlumata əsasən, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha 3 hərbçi ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına çatdırılıb, vəziyyətlərinin sabit olduğu bildirilir.

 

Yaponiya Sahil Mühafizəsi İdarəsinin məlumatına görə, qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb edilib.

 

Xatırladaq ki, yerli vaxtla saat 02:30-da Yaponiyanın Yokosuka şəhərindən 103 km cənub-qərbdə  ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “USS Fitzgerald” esminesi Filippin bayrağı altında üzən “ACX Crystal” yük gəmisi ilə toqquşub.

 

***

 

Yaponiyanın Yokosuka şəhəri yaxınlığında ABŞ esminesi ticarət gəmisi ilə toqquşub.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi ABŞ Hərbi-Dəniz Qüvvələrinə istinadən məlumat verib.

 

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb. Gəmilər  Yokosuka şəhərindən 103 km cənub-qərbdə toqquşub. Qəzanın səbəbləri barədə məlumat verilmir.

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>