Sizin link burada

Güllə yarası alan konqresmeninin vəziyyətindən xəbər var

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skalizin vəziyyəti yaxşılaşıb.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyi xəbər verib.

 

Məlumata görə, əməliyyat olunan konqresmeninin səhhətində müsbət irəliləyiş var. Həkimlər xəstənin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirir.

 

İyunun 14-də Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>