Almaniyanın sabiq kansleri vəfat etdi

Almaniyanın sabiq kansleri Helmut Kol 87 yaşında vəfat edib.

 

APA-nın məlumatına görə, bu barədə “Bild” xəbər verib.

 

Məlumata görə, sabiq kansler öz evində Lüdviqshafen şəhərində vəfat edib.

 

H.Kol 1982-1998-ci illərdə Almaniyanın kansleri olub. O, Almaniyanın müasir tarixində ardıcıl dörd müddət kansler vəzifəsində çalışan ilk siyasətçi olub. H.Kol Almaniyanın birləşməsində və “soyuq muharibənin” başa çatmasında mühüm rol oynayıb.

LENT

23 Avqust 2017
22 Avqust 2017

Digər xəbərlər >>>