(R) ABA rəhbərliyi "Bank of Baku" sədrini təbrik edib

 

Azərbaycan Banklar Assosiasiyasının (ABA)  prezidenti Zakir Nuriyev və  İcraçı direktoru Yunus Abdulov  Bank of Baku ASC-nin Müşahidə şurasının sədri Elçin İsayevin 65 illik yubileyi münasibəti ilə təbrik ediblər.
 
 
23 illik bank təcrübəsinə malik Elçin İsayev sektorda xüsusi hörmətə malik bankirlərdən biridir. 
 
 
Qeyd edək ki, 1994-ci ildən fəaliyyət göstərən  “Bank of Baku”nun qurucularından biri olub və elə həmin ildən etibarən Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının sədridir. E.İsayev bank sahəsində korporativ idarəetmə və bank menecmenti mövzularında müxtəlif vaxtlarda keçirilən yerli və beynəlxalq seminarların da iştirakçısı olub.
 
 
Müxtəlif illərdə ölkə daxilində və xaricdə, o cümlədən Baltikyanı ölkələr, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə keçirilən tibb elminin müxtəlif istiqamətlərinə dair konqres və elmi-praktik konfranslarda iştirak edib. Elçin İsayev tibb elmləri namizədi və 70-dən çox elmi əsərin müəllifidir.
 
 

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>