Hər 1000 kişiyə 1006 qadın

 

 

Ölkə əhalisinin sayı ilin əvvəlindən 26714 nəfər və ya 0,3 faiz artaraq 2017-ci il may ayının 1-i vəziyyətinə 9836695 nəfərə çatıb.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub.

 

Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>