Sizin link burada

"Maşın şou"nun finalçısı Oksana hər şeyi açıqladı: "Onlara pul təklif etdim"

 

Qalmaqallı “Maşın şou”nun finalçısı olmuş Oksana Rəsulova maraqlı açıqlamalar verib. Lent.az-a danışan rəqqasə bir çox məqamlara aydınlıq gətirib: ""Maşın şou" çox uğurlu layihədir. Tanınmış simaların bu yarışmada olması çox vacibdir. Çünki orada şou əhlinin yaxşı və pis tərəfini görmək olur. Bu günə qədər bütün maşın şoulara baxıb, özümçün nəticələr çıxarmışdım. Yəni kim kimdir, kim necə ola bilər?! Budəfəki “Maşın şou”da da özüm üçün nəticələr çıxartdım və bilirəm ki, hansı insanlardan uzaq durmaq lazımdır. Bir çoxları iddia edir ki, bu yarışda çox şey sünidir. Əsla, “Maşın şou”da heç bir şey qurama deyil, təbiidir”.

 

O.Rəsulova bildirib ki, şounun əvvəlində ona qarşı qruplaşma olmasa da, sonunda oldu: “Mənə qarşı finalda kişilər qruplaşdı. Düşünürdülər ki, mən qadınam, onlar kişi. Məni uzaqlaşdırmaq istəyirdilər. Mənə qarşı nə etdiklərini açıq deməyəcəm. Bilmək istəyənlər, Aqil M Quliyevlə mənim yarışdığım günün kadrlarına baxsınlar. Hər şey göz qabağındadır, mənim artıq deməyə sözüm yoxdur”.

 

Rəqqasə onunla finalda yarışan aktyor İslam Mehrəliyevə və Elcan Rəsulova 10 min manat pul təklif etməsi barədə də danışıb: “Maşından əlimi götürdüyümə görə çoxları məni qınadı. Amma orada pul söhbətini məndən qabaq başqa bir adam aparmışdı. Sadəcə, o adam bu söhbəti kamera arxasında aparmışdı. Mən də təklif etdim. Amma bu söhbətə görə məni qınayanlar oldu. Əslində, mənim də maşınım yoxdur. Bir il bundan qabaq var idi, satdım. Amma indi maşınsızam. Amma bütün şou boyu bir dəfə də olsun, maşınımın olmadığını söyləmədim. Qaldı ki, pul söhbətinə, mən 18 gün orada ayaq üstə qalmışam, mən də hansısa işimi qoyub ora gəlmişəm. İnsanlar elə bilir ki, şou əhli su ilə, hava ilə dolanır. Mənə də pul lazımdır. Mənim bu həyatda arxamda duracaq nə sevgilim, nə də ərim var. Öz gücümlə yaşayan qadınam. Halal pulumu özümü qazanan insanam. Pul məsələsini də mən yaxşı mənada onlara təklif eləmişəm. O pulu da mən tam ürəkdən istəsəydim, axıra qədər dözərdim. Amma istəmədim. İslama maşın, Elcana isə qalibiyyət vacib idi. Ona görə də hər şey qurban olsun İslamın 2-ci övladına. Özündən hədsiz dərəcədə çox inciyəm.  Çünki onunla dostluğum “Maşın şou”ya qədər daha yaxşı idi. Sağ olsun, hər şeyi özü pis elədi”. 

 

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>