Qanunsuz ət satan 10 nəfər azadlıqdan məhrum edilib

Mənşəyi məlum olmayan əti satışa çıxardığı üçün artıq 10 nəfər azadlıqdan məhrum edilib.

 

Bu barədə “APA-Economics”ə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 

Nazirin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi sərt addımların nəticəsi olaraq mənşəyi məlum olmayan ət aşkarlanır.

 

“Məsələ burasındadır ki, nazirliyin prokurorluq və hüquq-mühafizə orqanlarına müraciəti nəticəsində bu hadisələr ortaya çıxır və biz bunun qarşısını alırıq. Onlarla iş təsdiq olunmaq üçün prokurorluq orqanlarına göndərilib. Artıq 10 nəfər bu əməllərinə görə azadlıqdan məhrum olunub. Mənşəyi məlum olmayan ət məhsullarının aşkarlanması nazirliyin fəaliyyətini gücləndirməsi sayəsində mümkün olub”, - deyə nazir vurğulayıb.

 

 

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>