Mərakeşli yarımmüdafiəçi "Fənərbaxça"da

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini həyata keçirib.

Lent.az-ın klubun saytına istinadən məlumatına görə, “sarı bülbüllər” Fransanın “Monako” klubunda oynayan mərakeşli Nabil Dirarı heyətinə qatıb.

31 yaşlı cinah yarımmüdafiəçisinin bu gün İstanbula gələcəyi və tibbi müayinədən keçəcəyi qeyd edilib.

Qeyd edək ki, İstanbul təmsilçisi bundan əvvəl “Trabzonspor”dan Mehmet Ekicini, “Lion”dan isə Valbuyenanı heyətinə qatıb. 

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>