Sizin link burada

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  iyunun 20-də Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, qəbulda yalnız Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Diqqətinizə çatdıraq ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

 

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017

Digər xəbərlər >>>