Qənirə Paşayeva güclü doludan zərər çəkən sakinlərlə görüşüb

 

Millət vəkili Qənirə Paşayeva güclü dolu yağması nəticəsində böyük zərər çəkmiş Tovuzun Əlimərdanlı kəndinin sakinləri ilə görüşüb. 

 

Lent.az-ın məlumatına görə, güclü dolu kənd sakinlərinin evlərinə və əkin sahələrinə ciddi ziyan vurub. Q. Paşayeva bildirib ki, vəziyyətlə bağlı Tovuz rayon icra hakimiyyətinin başçısı ilə birgə Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə məlumat verib və kömək göstərilməsini xahiş edib: “Artıq dəyən zərərlə bağlı rayonda yaradılmış xüsusi Komissiya tərəfindən araşdırma aparılır. Baş nazirin müavini Abid Şərifova Cəlilli, Mülkülü, Əlimərdanlı, Xatınlı, Qaraxanlı,Qədirli və Cilovdarlı kəndlərinə dəyən zərərlə bağlı məlumat vermişik və sakinlərin, xüsusilə dolu nəticəsində tamamilə sıradan çıxan evlərin dam örtüyü üçün şifer yardımı edilməsi istiqamətində dəstək gözləyirik”.

 

 Millət vəkili kənd sakinlərinin kənd təsərrüfatı texnikaları ilə bağlı xahişlərini kənd təsərrüfatı naziri Heydər Əsədovla müzakirə edəcəyinə dair söz verib.  

 

Kəndin elektrik verilməsi ilə bağlı problem yaranmış küçələrini gəzən millət vəkili yaranmış problemlərinin həlli istiqamətindəki məsələlərlə bağlı "Azərişıq" ASC-nin sədri Balababa Rzayevə müraciət edib. 

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>