Aziz Sancardan UNEC tələbələrinə tövsiyə: “Özünüzə yaxşı müəllim seçin”

 

 

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC tələbələri ilə görüşüb.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, həyat yolundan, elmi fəaliyyətindən danışan Nobel mükafatçısı tələbələrin suallarını cavablandırıb. A.Sancar Savurda ibtidai məktəbdən başlayaraq, Mardindəki liseyə, İstanbuldakı Tibb Fakültəsinə qədər mükəmməl müəllimlərə, Texas və Nyu Havendəki doktorantura təhsilində və post-doktorantura işində mükəmməl elmi rəhbərlərə sahib olduğunu deyib: "Sizə tövsiyəm odur ki, özünüzə yaxşı müəllim seçin. Türk dünyasını Avropa, Amerika səviyyəsinə siz yüksəldəcəksiniz. Bunun üçün çox çalışacaqsınız. Unutmayın ki, uğura gedən yolun qısası yoxdur. Uğur zəhmət tələb edir. Çox oxuyun, xarici dilləri öyrənin və bütün bunlarla yanaşı, öz dilinizi və kimliyinizi unutmayın”.

 

Alim sualını bəyəndiyi tələbələrə UNEC-in Azərbaycan dilinə tərcümə etdiyi “Aziz Sancarın Nobel bioqrafiyası” kitabını hədiyyə edib. Görüşdə UNEC tələbələri A.Sancarın çox sevdiyi Yunis Əmrənin şeirlərini səsləndiriblər. Alimə UNEC tələbələrinin əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

 

A.Sancar UNEC-in Türk dünyası işlətmə fakültəsinin müəllimləri ilə də görüşüb. Görüşdə professor gənc müəllimlərə tövsiyələrini səsləndirib, müəllimlik peşəsinin əhəmiyyətini vurğulayıb. UNEC müəllimlərini maraqlandıran sualları cavablandırıb. Sonda A.Sancar fakültənin xatirə dəftərinə ürək sözlərini qeyd edib.

 

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>