Sizin link burada

Möhtəşəm moda şousu - Kimlər gecəyə buraxılmayacaq?

«World Beauty Congress» tərəfindən ikinci dəfə həyata keçirilən "Most Fashionable Awards"-in mükafatlandırma mərasimi 18 iyunda "JW Marriot Absheron Baku"da baş tutacaq. Lent.az-ın məlumatına görə, mərasimin rəsmi geyim forması «Black Tie», yəni ziyafət geyimi  olacaq. Geyim formasına riayət etməyən qonaqlar qala gecəsinə buraxılmaya bilər!



Layihənin Azərbaycan üzrə rəhbəri Aqil Məmiyevin məlumatına görə, tədbirdə qonaqlar möhtəşəm moda şousunun şahidi olacaqlar. Bununla yanaşı, gecənin qonaqlarını estradamızın məşhur ulduzlarının ifası və zəngin şou-proqramlar da gözləyir. Beynəlxalq layihədə yerli ulduzlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, modelyer-dizaynerler, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları mükafatlandırılacaqlar. Gecədə ölkənin əsas dj-lərindən olan DJ CHİNA çıxış edəcək.
 

Layihənin əsas informasiya dəstəkçiləri "APA Holdinq” ə məxsus APA TV, apa.az, lent.az və vesti.az informasiya agentlikləridir.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>