Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

İyunun 16-sı axşamdan 17-si gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək,

 

 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

 Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, iyunun 17-18-də Bakıda və Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

LENT

22 Avqust 2017
21 Avqust 2017

Digər xəbərlər >>>