Sizin link burada

“Avropa İttifaqı ilə əlaqələrimizin genişləndirilməsi üçün səylər göstərməyə hazırıq” - PREZİDENT

 

Prezident İlham Əliyev iyunun 16-da Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, dövlət başçısı Brüsselə son səfərini məmnunluqla xatırlayaraq səfər zamanı səmərəli müzakirələrin və danışıqların aparıldığını deyib, bu danışıqların əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı birgə yanaşmanı bir daha nümayiş etdirdiyini vurğulayıb.

 

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların səfərin növbəti günü başlamasının rəmzi xarakter daşıdığını vurğulayıb və bu danışıqların uğurla davam etdirildiyini deyib. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu bildirən dövlət başçısı əlaqələrin strateji xarakter daşıdığını və uzun illərə hesablandığını qeyd edib, əməkdaşlığın sabitlik və təhlükəsizlik şəraitində davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycanın  Avropa İttifaqı ilə əməkdaşlığının gündəliyində siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji və digər sahələri əhatə edən geniş məsələlərin durduğunu qeyd edən prezident İlham Əliyev Azərbaycan tərəfinin əlaqələrin daha da genişləndirilməsi üçün səylər göstərməyə hazır olduğunu bildirib.

 

Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han isə prezident İlham Əliyevi Qurtuluş Günü münasibətilə təbrik edib və  prezident İlham Əliyevin Brüsselə son səfərindən sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqların başlandığını qeyd edib və danışıqların konstruktiv ruhda davam etdirildiyini bildirib.  Avropa İttifaqı ilə Azərbaycanın ikitərəfli münasibətlərə təsir göstərə biləcək məsələlərin həlli yollarını müəyyənləşdirməsinin vacibliyini vurğulayan Yohannes Han əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olduğunu qeyd edib.  O bildirib ki, Avropa İttifaqı qonşu ölkələrdə sabitliyin mövcud olmasında maraqlıdır və Azərbaycan regionda və daha geniş məkanda bu baxımdan mühüm rol oynayır.

 

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, həmçinin enerji və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirələr olunub, bu sahələrdə yaxşı perspektivlərin olduğu vurğulanıb.

Görüşdə, həmçinin regional məsələlər ətrafında fikri mübadiləsi aparılıb.

 

***

10:57

 

Prezident İlham Əliyev iyunun 16-da Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,  dövlət başçısı Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017

Digər xəbərlər >>>