Sizin link burada

Şəhid hərbçimiz Qusarda dəfn olundu - FOTOLAR

 

Azərbaycan Silahlı Qüvvələrinin ötən gün erməni təxribatının qarşısı alarkən şəhid olan hərbi qulluqçusu Sultan Niyaz oğlu Şahvələdov bu gün doğulduğu Qusar rayonunda torpağa tapşırılıb.

 

APA-nın şimal bürosunun xəbərinə görə, Qusar rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

Şəhidin tabutu üzərinə çəkilən Azərbaycan bayrağı onun atasına təqdim olunub.

 

Yaylım atəşi açıldıqdan, dövlət himni səsləndirildikdən sonra şəhid əsgər torpağa tapşırılıb.

 

 

***

 

10:05

 

 

Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

 

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

LENT

20 Noyabr 2017

Digər xəbərlər >>>