ABŞ Suriyada zenit-raket kompleksləri yerləşdirdi

ABŞ Suriyanın At Tanfa rayonunda yaratdığı xüsusi əməliyyat qüvvələrinin bazasına HİMARS zenit-raket kompleksləri yerləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qurğuların İordaniyadan gətirildiyini qeyd edir.

 

Nazirlik qeyd edir ki, istənilən hərbi texnikanın Suriyada yerləşdirilməsi rəsmi Dəməşqlə razılaşdırılmalıdır.  

 

Rusiya Müdafiə Nazirliyi ehtimal edir ki, uzaqmənzilli HİMARS zenit-raket kompleksləri İŞİD-lə mübarizə aparan “Suriya Demokratik Qüvvələr”ə  dəstək üçün ölkəyə gətirilməyib.  Qurumda ABŞ-ın rəhbərlik  etdiyi koalisiyanın Suriya hökumət qüvvələrinə dəfələrlə zərbələr endirdiyi bildirilir.   

 

“Suriya ordusuna gələcəkdə analoji zərbələrin endiriləcəyini ehtimal etmək olar. Bu hücumlarda HİMARS zenit-raket komplekslərinin istifadə ediləcəyi istisna olunmur. ABŞ Suriyada hansı məqsədləri güdür? Amerikalı hərbçilər əslində kimə qarşı mübarizə aparmaq niyyətindədirlər?”, - deyə qurumdan bildirilib.        

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>