ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Vaşinqton polisinin prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verməsinə görə  XİN-ə çağırılıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

 

“Vaşinqton polisi mayın 16-da baş vermiş insidentlə əlaqədar prezident Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verdikdən sonra ABŞ-ın Ankaradakı səfiri Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşə dəvət olunub. Səfirə bildirilib ki, həmin qərar yanlış, qeyri-obyektiv və hüquqi cəhətdən əsassızdır”, - deyə bəyanatda bildirilir.  

 

Qeyd olunub ki, Türkiyənin Vaşinqtondakı səfirinin iqamətgahı qarşısında insidentin baş verməsinə səbəb yerli təhlükəsizlik orqanlarının lazımi tədbirlər görməməsi olub.   

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>