Braziliyalı futbolçu "Barselona"da

“Barselona” klubun B komandasında top qovan müdafiəçi Marlon Santosla yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, klubdan edilən açıqlamada 21 yaşlı futbolçuyla 3 illik anlaşma əldə olunduğu qeyd edilib.

 

Son mövsümdə “Barselona”nın B komandasında 25 oyuna çıxan braziliyalı futbolçu, əsas komandada da oynamaq şansı qazanıb.

 

Belə ki, ötən il katalonların baş məşqçisi Luis Enrike Santosa 3 matçda şans vermiş, gənc futbolçu sərgilədiyi oyunla diqqət mərkəzinə düşmüşdü.

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>