Tramp yaralı konqresmenə baş çəkdi

ABŞ prezidenti Donald Tramp ötən gün silahlı hücuma məruz qalaraq ağır yaralanan konqresmen Stiv Skalizə baş çəkib.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, D.Tramp xəstəxanada müalicə olunan Konqres üzvünün vəziyyəti ilə maraqlanıb.

 

Ötən gün Virciniya ştatının Aleksandriya şəhərində S. Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə Nümayəndələr Palatasında Respublikaçılar fraksiyasının əlaqələndiricisi və daha bir neçə nəfər yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib. Hazırda S.Skalizin vəziyyəti ağır kimi qiymətləndirilir. Digər yaralıların həyatına təhlükə olmadığı bildirilir.

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>