Sizin link burada

Ermənilər məğlubiyyəti həzm edə bilmir: hollandiyalı kikboksçu hədələnir

Erməni kikboksçunu nokauta salan hollandiyalı idmançı hədələnir. APA TV-nin məlumatına görə, bunu hollandiyalı kikboksçu Murtel Qronhartın özü bildirib. O, deyib ki, erməni rəqibi Arut Qriqoryana qalib gəldikdən sonra hədələr alır: “Görüşdən sonra mən Arut Qriqoryana yaxınlaşdım, ona döyüşə görə minnətdarlığımı bildirdim. O isə məni təbrik etdi. Lakin hədələr alıram. Unutmaq olmaz ki, bu, idmandır”.

 

Xatırladaq ki, Parisdə geçirilən yarışda Murtel Qronhart Ermənistan təmsilçisi Arut Qriqoryana qalib gəlib. Hollandiyalı idmançını güclü zərbəsindən sonra özünü itirən erməni kikboksçu hakimə xəbərdarlıq etmədən arxasını rəqibinə çevirib və rinqi tərk etməyə çalışıb. Bu vaxt Murtel Qronhart daha bir zərbə ilə erməni idmançısını nokauta salıb.

 

Bundan sonra erməni azarkeşlər rinqə daxil olublar və hollandiyalı idmançıya hücum ediblər.

 

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>