Deputat avtomobili ilə qəza törətdi, yaralandı

Ukraynanın paytaxtı Kiyevdə ağır yol qəzası baş verib.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, Ali Radanın deputatı Oleq Barnanın idarə etdiyi “Škoda” markalı avtomobil tramvaya çırpılıb.

 

Zərbənin gücündən relsdən çıxan tramvayın şüşələri sınıb. Qəza baş verdikdə tramvayda sərnişin olmayıb. “Pyotr Poroşenko bloku” partiyasının üzvü  O.Barna xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir. 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>