Kılıcdaroğlunun Ankaradan İstanbula piyada yürüşü başladı - YENİLƏNİB

 

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun Ankaradan İstanbula qədər piyada davam edəcək "Ədalət yürüşü" başlayıb. Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, partiya sədri həyat yoldaşı Sevil Kılıcdaroğlu ilə birlikdə Ankaranın Güvən parkına gəlib. Yürüşə çox sayda vətəndaşın qoşulacağı gözlənilir. Yürüşdə CHP-dən olan millət vəkilləri də iştirak edir. Yürüşdən öncə qısa çıxış edən K. Kılıcdaroğlu ədalət üçün yürüş etdiklərini, artıq bıçağın sümüyə dayandığını bildirib.

 

Bu günkü yürüş 22 km davam edəcək. Ümumilikdə yürüşün 28 gün davam edəcəyi qeyd edilib.

 

Yürüşlə əlaqədar Ankarada bəzi yollar müvəqqəti olaraq bağlanılıb.

 

Qeyd edək ki, dünən Türkiyə məhkəməsi CHP-li deputat Enis Bərbəroğluna 25 il həbs cəzası verib. Kılıçdaroğlunun bu yürüyüşü də məhz bu qərardan sonra ortaya çıxıb. E.Bərbəroğlu dövlət sirrini yaymaqda təqsirli bilinir. Bundan sonra partiya sədri açıqlama verərək milllət vəkilinə dəstək üçün Ankaradakı Güvən Parkından İstanbul Maltəpə cəzaçəkmə müəssisəsinə qədər piyada yürüş edəcəklərini bildirmişdi.

 

***

 

01:31

 

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu ölkənin paytaxtı Ankaradan İstanbula qədər piyada gedəcək. 

 

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, bu barədə partiya sədri özü açıqlama verib. O bildirib ki, ölkədəki ədalətsizliyi dünyanın diqqətinə çatdırmaq üçün belə bir yürüyüş həyata keçirəcək. CHP sədri deyib ki, o, sabah saat 11-də Ankarada Güvən Parkdan yola çıxacaq və əlində üzərində "Ədalət" yazılmış plakatla İstanbulda yerləşən Maltəpə həbsxanasına qədər gedəcək. 

 

Kılıçdaroğlu bildirib ki, bu yürüyüşdə ona qoşulmaq istəyən şəxslər olsa da, olmasa da, o axıra qədər gedəcək. 

 

Qeyd edək ki, bu gün Türkiyə məhkəməsi CHP-li deputat Enis Bərbəroğluna 25 il həbs cəzası verib. Kılıçdaroğlunun bu yürüyüşü də məhz bu qərardan sonra ortaya çıxıb. E.Bərbəroğlu dövlət sirrini yaymaqda təqsirli bilinir. 

LENT

18 Avqust 2017
17 Avqust 2017

Digər xəbərlər >>>