Sizin link burada

“Real” məni 14 yaşımdan istəyir” - FOTO

“Monako”nun futbolçusu Kilian Mbappe gələcəyi ilə bağlı sualları cavablandırıb. Apasport.az saytının məlumatına görə, gənc oyunçu hələ bir qərar vermədiyini deyib.

 

“İndi ailəmlə birlikdə tətilə yollanıram. İstirahətdən qayıtdıqdan sonra karyeramla bağlı qərar verəcəm. Əvvəlcə klubumun nə fikirləşdiyi önəmlidir, axı mən azad agent deyiləm. “Monako” ilə davam edən müqaviləm var. Görək necə olacaq?” – Mbappe o bildirib.

 

Fransa millisinin üzvü “Real”a mümkün keçid haqqında da şərh verib: “Real”? Madridlilər məni 14 yaşımdan bəri istəyirlər. Bu, məni çox məmnun edir”.

 

Qeyd edək ki, 18 yaşlı futbolçu ilə “Real”dan başqa “Liverpul”, PSJ və “Arsenal” da maraqlanır.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>