Sizin link burada

Kamal Nuriyevin solo konserti keçirilib

İyunun 13-də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Kamera və Orqan Musiqisi zalında Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayiəti ilə Kamal Nuriyevin solo  konserti keçirilib.
 
 
Lent.az-ın məlumatına görə, konsert Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi çərçivəsində baş tutub.
 
 
Orkestrin bədii rəhbəri və dirijoru Faiq Sadıqovun rəhbərliyi altında konsertdə Azərbaycan bəstəkarlarının – H.Xanməmmədov, C.Cahangirov, A.Bəbirov, H. Rzayevin əsərləri səslənib.
 
Konsert geniş auditoriya tərəfindən rəğbətlə qarşılanıb. 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>