Ağakərimin səhhəti ilə bağlı SON XƏBƏR: "Həkimlər dedi, artıq..."

 

Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhəti yaxşılaşır. Bu barədə Lent.az-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, dayısı növbəti dəfə xəstəxanada müayinədən keçib: “Düz 1 həftə bundan qabaq Kərim bəy növbəti dəfə xəstəxanada müayinə olundu. Həkimlər dedilər ki, artıq vəziyyəti yaxşılığa doğru gedir. Sadəcə hələ ki, mətbuatla əlaqəni kəsməli, telefon işlətməməlidir. Müalicəsini ev şəraitində davam etdirsə də, həkimlərin diqqətindən kənarda deyil. Ümid edir ki, vəziyyəti hər keçən gün yaxşı olar”.

 

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>