NATO rəsmisi Qarabağ münaqişəsini "soyuq müharibə" dövrü ilə müqayisə etdi

"Dağlıq Qarabağ münaqişəsi zonasında sürətlə silahlanmanın mütləq şəkildə silahlı münaqişəyə səbəb olacağını düşünmək doğru deyil".
 
APA-nın Ermənistanın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.
 
O bildirib ki, nəticədə hər zaman hər məsələ siyasi qərarlarla həll edilir: "Soyuq müharibə" dövründə SSRİ ilə ABŞ da külli miqdarda silah ehtiyatı toplamışdı, lakin müharibə etmədi.
 
Sürətlə silahlanma aparmaq olar, amma bunun mütləq müharibəyə gətirib çıxaracağını düşünmək olmaz. Bununla yanaşı, aşağı səviyyədə silahlı toqquşmalar baş verirsə, hətta tərəflər kifayət qədər narahatedici bəyanatlar səsləndirirsə, bu halda silahlanma problemin bir hissəsinə çevrilir”.

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>