“Həmsədrlərin regiona səfərlərindən heç nə gözləmirəm” - Ziyafət Əsgərov

“ATƏT-in Minsk qrupunun həmsədrləri məsuliyyəti üzərindən atırlar. Deyirlər ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gəlsinlər, biz də bunu dəstəkləyək. Ona görə də Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərlərindən heç nə gözləmirəm”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. 
 
Vitse-spiker deyib ki, Azərbaycan və Ermənistan öz aralarında razılığa gələ bilsəydilər, ATƏT-in Minsk qrupuna ehtiyac qalmazdı: "Həmsədrlər Ermənistana işğalçı olduğunu, torpaqları azad etməli olduğunu bildirməlidir. Bunu demirlərsə, həmsədrlərdən heç nə gözləmirəm”. 
 
 
Z. Əsgərov qeyd edib ki, ermənilər həmsədrlər regiona səfər edərkən hər zaman atəşkəsi pozublar, təxribatlar törədiblər: “İndi də belə təxribatlar törədirlər və deyirlər ki, Azərbaycan atəşkəs rejimini pozur. Bu, həm bizə, həm də həmsədrlərə bəllidir. Lakin nəyə görə həmsədrlər bu təxribatlara cavab vermirlər”.

LENT

24 İyun 2017
23 İyun 2017

Digər xəbərlər >>>