Sizin link burada

Azərbaycanlı müğənni xərçəngdən öldü

Antalya Dövlət Opera və Balet Teatrının solisti Muxtar Rəsuloğlu vəfat edib.

 

"Qaynarinfo" xəbər verir ki, bariton səsli sənətçi 59 yaşında dünyasını dəyişib.

 

O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Muxtar Rəsuloğlu müalicə olunduğu Akdeniz Universitetinin Xəstəxanasında vəfat edib

 

Muxtar Rəsuloğlu 1999-cu ildə Azərbaycandan Antalyaya köçüb və Antalya Dövlət Opera və Balet Teatrında çalışmağa başlayıb. O, iki il əvvəl xərçəng xəstəliyinə yoluxub. Ötən ay bir neçə əməliyyat olunan sənətçini həkimlər xilas edə bilməyib.

 

Ailəsi Azərbaycanda yaşayan mərhumla vida mərasimi sabah Antalya Dövlət Opera və Balet Teatrının qarşısında düzənlənəcək və daha sonra cənazə vətənə gətiriləcək.

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017

Digər xəbərlər >>>