Ronaldo məhkəmə qarşısına çıxarılacaq

Ulduz futbolçu Kriştiano Ronaldonun vergidən yayındığı iddia edilir və artıq məhkəməyə verilib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Madrid prokurorluğu Ronaldonun 14,7 milyon avro vergidən yayındığını bildirərək məhkəməyə müraciət edib.

 

İyunun 30- a qədər məhkəmə iclası baş tutmalı və Ronaldo hakim qarşısına çıxarılmalıdır.

 

Madrid prokurorluğu Ronaldonun vergidən 2011-ci ildə 1,4 milyon, 2012-ci ildə 1,7 milyon, 2013-cü ildə 3.2 milyon və 2014-cü ildə  8.5 milyon avro yayındırdığını bildirib.

 

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>