Stilist Anar Elza barədə nələr dedi? - "Onunla heç vaxt barışmayacam" - VİDEO

 

Stilist Anar Ağakişiyev bir müddət öncə qalmaqal yaşadığı əməkdar artist Elza Seyidcahan barədə danışıb. Lent.a-ın canlı yayımına qonaq olan stilist bildirib ki, E.Seyidcahanla heç vaxt barışmayacaq: “Adını çəkmək istəmədiyim xanım efir etikasını bilmir. Ona görə də onun adını çəkməyəcəm”.

 

Müxbirin “Elza Seyicahanı deyirsiz?” sualına belə cavab verib: "Təbii ki, çünki axırıncı dəfə “Xəzər TV”nın efirində mənlə eyni verilişdə olanda əsl simasını göstərdi. Mənim onunla heç bir problemim yoxdur. Onun mənlə problemi var. Heç vaxt o qadınla barışmayacam. Barışmaq fikrində deyiləm. Nə yaxşı, nə pis günündə onu tanıyıram. Onun adını zövqsüzlər siyahısında çəkməmişdən qabaq qızına demişdim ki, bax anana denən geyiminə fikir versin, sabah jurnalistlər məndən zövqsüzləri soruşanda adını çəkə bilərəm. Mən yalandan tərifləyən insan deyiləm. Gözümün işığı olsun, pisdirsə, deyəcəm pisdi. Bir sözlə, o xanım mənlə eyni verilişdə olanda gözümdən düşdü. O elə hesab elədi ki, hansısa sözlə mənim qəlbimə dəyə bilər. Çünki həmin efirə mənim valideynlərim və mənim kimi neçə-neçə insanların valideynləri baxır”.

 

 

 

 

 

LENT

22 Avqust 2017

Digər xəbərlər >>>